İranın Zahidan şəhərində silahlıların qəfil hücumunda Sepah-ın bir polkovniki həlak olub

Bu gün İranın Zahidan şəhərində üç polis bölməsinə silahlı hücum edilib. Silahlı hücumla yanaşı bəzi küçələrdə iğtişaşlar başlayıb. Silahlı hücumda Sepah-ın bir polkovniki həyatını itirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün Zahidan şəhərinin Məkki məscidi yaxınlığındakı polis bölməsinə silahlı hücumda İslam İnqilabının Keşikçiləri Ordusunun Sistan-Bəluçistan əyaləti üzrə Kəşfiyyat bölməsinin rəhbəri polkovnik Seyid Əli Musəvi sinəsindən yaralanıb və o xəstəxayana çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Şəhərdə üç polis bölməsi silahlı hücuma məruz qalıb. Eyni zamanda şəhərdə öncədən planlaşdırılmış iötişaşlar baş verib. Bir neçə nəqliyyat vasitəsi və obyekt yandırılıb.

Müxtəlif təhlükəsizlik qüvvələrinin gördüyü tədbirlər nəticəsində şəhərdə sakitlik bərpa edilib. Hücum edənlərdən bir neçəsi ələ keçib və bəzilərinin kimliyi bəlli edilib.