İranın vitse-prezidenti: Xəzəryanı ölkələr İranla əlaqələri genişləndirməkdə qərarlıdır

“Xəzəryanı ölkələr investisiya, tranzit və iqtisadi əlaqələr sahəsində bizlə əlaqələrini genişləndirməkdə qərarlıdır və ümid edirəm ki, bu sahədə ciddi razılaşmalar görəcəyik.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Muxbir deyib.

O, bu gün II Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya yollanan zaman bildirib ki, Xəzəryanı ölkələr İranla əlaqələri genişləndirməkdə qərarlıdır.

İranın birinci vitse-prezidenti Xəzər İqtisadi Forumu çərçivəsində burada iştirak edəcək digər ölkələrin yüksək rəsmiləri ilə münasibətlərin inkişafı və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirə və danışıqlar aparacağını bildirib.

İranın birinci vitse-prezidentini bu səfərdə iqtisadi, maliyyə, neft və kənd təsərrüfatı nazirləri və bir sıra nazir müavinləri müşayiət edirlər.

Muxbir Rusiyaya getməzdən əvvəl jurnalistlərlə söhbətində Moskvaya iki günlük səfərini izah edib və qeyd edib ki, "bu səfər Rusiya baş nazirinin II Xəzər İqtisadi Forumunda iştirak etmək üçün dəvəti əsasında həyata keçirilir”.