İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

 İranın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində qeyri-qanuni yolla gətirlmiş silah yükünü aşkarlayıb.

SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirirlib ki, Urmiya şəhristanının sərhəd bölgələrinin birində aparılan əməliyyat zamanı qaçaqçıların iki maşını aşkarlanıb və orada çoxlu silahların və hərbi təchizatların olduğu silah yükü ələ keçirilib.

Əlavə edilib ki, bu silahların ölkə daxilində xaos və iğtişaş yaratmaq məqsədilə paylanılması nəzərdə tutulubmuş.

Bu əməliyyat çərçivəsində üç nəfər saxlanılıb.