İrandan Türkiyəyə qazın nəqli dayandırılıb

İrandan Türkiyə boru kəməri vasitəsilə qazın nəqli dayandırılıb.

Operativ.tv bu barədə APA-ya Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinə istinadən xəbər verir.

Qeyd olunub ki, qazın nəqli boru kəmərində planlaşdırılmış profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar dayandırılıb. Qaz tədarükü oktyabrın 2-də dayandırılıb və oktyabrın 9-da bərpa olunacaq.