İranda zavodda yanğın olub, ölən və yaralananlar var

İranın Qum şəhərinin Şukuhiyyə bölgəsində zavodda yanğın baş verib.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən məlumatına görə, yuyucu məhsullar istehsal edən zavodda baş verən yanğında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.