İranda son iğtişaşlarda İŞİD üzvləri həbs edilib

İŞİD terror qruplaşmasının bir neçə üzvü İranın şimal-qərbində baş verən iğtişaşlarda rol oynayarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Operativ.tv Az.rasthaber.com- xəbər verir ki, İranın şimal-qərbindəki etirazlarda rol oynayan İŞİD terror qruplaşmasının bəzi üzvlərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini açıqlayıb.

Üç gün əvvəl də Qərbi Azərbaycanın cənubunda keçirilən etiraz aksiyalarında "Komulə" və "Demokrat" terror qruplarının bir neçə üzvü həbs edilib.

Bu şəxslərin aksiyaların liderləri arasında olduğu bildirilir.

Ötən bir neçə gecədə iğtişaşçılar Məhsa Əminin ölümü bəhanəsi ilə şəxsi və dövlət əmlakına, eləcə də mühafizəçilərə hücum ediblər.

Bu iğtişaşlarda xilasetmə maşınları, təcili yardım maşınları və yanğınsöndürən maşınlar iğtişaşçılar tərəfindən hücuma məruz qalıb və indiyədək çoxlu sayda tibb işçisi və xilasedicilər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, ictimai əmlakın dağıdılmasının qarşısını almaq üçün hərəkətə keçən bir çox İran polisi də iğtişaşçılar tərəfindən şəhid edilib.

İslami İran xalqı dünən cümə namazından sonra keçirilən kütləvi yürüşdə yekdilliklə iğtişaşçıların törətdiyi iğtişaşları, əmin-amansızlığı və normaları pozan hərəkətlərini pisləyib.