İranda SEPAH-a hücum, Qərargah komandanı öldürülüb

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, İranın Xomeyn şəhərində naməlum silahlılar İran İslam İnqilabının Keçikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı dəstə iki saata qədər qərargahı nəzarətdə saxlayaraq, oradan silah və digər döyüş vasitələrini oğurlamağa çalışıb.

Silahı qruplaşmanın Xomeyn şəhəri ətrafında yerləşən SEPAH qərargahının silah deposuna hücumu nəticəsində tərəflər arasında atışma baş verib. Atışma nəticəsində qərargahın komandanı Mehdi Mukərrəmi güllə yarası alaraq ölüb.