İranda nüvə stansiyası yaxınlığında güclü partlayış səsi eşidilib

İranın Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsi eşidilib

APA-nın Tehran bürosunun məlumatına görə, partlayışın səsini, eləcədə ətrafa saçan güclü işığı yerli sakinlər də görüb.

İranın FARS agentliyinin məlumatına görə, səmada Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən naməlum pilotsuz təyyarə vurulub.

Digər məlumata görə isə HHQ-nin keçirdiyi təlimlərdə atılan mərmilərin səsidir. Lakin hələ də rəsmi məlumat açıqlanmayıb.