İranda İsrailə cəsusluqda ittihamlandırılan dörd nəfər edama məhkum edilib

 “Sionist rejimin kəşfiyyat xidməti ilə əlaqəli quldur və təxribatçı dəstələr şəbəkəsinin üzvləri edama məhkum ediliblər.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, İsrail Kəşfiyyatı ilə əlaqəli olan cinayətkarlardan ibarət təxribatçı qruplar şəbəkəsinin üzvlərindən dördü barədə edam hökmü çıxarılıb.

Məlumata görə ötən yay aylarında İran Kəşfiyyatının əlinə keçən bu şəxslər kriminal və cinayət aləminin adamlarıdır ki, İsrail Kəşfiyyatının tələbləri əsasında İranda bir sıra şəxsləri oğurlayaraq, onlardan saxta etiraflar alaraq qarşı tərəfə ötürür, müxtəlif məkanların yandırılması və digər təxribat addımlarını həyata keçiriblər.