İranda “Instagram”a giriş məhdudlaşdırılıb

İranda “Instagram”a giriş ciddi şəkildə məhdudlaşdırılıb.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən məlumatına görə, İrandan olan istifadəçilər “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

Bundan başqa qlobal internetdəki kəsinti və fasilələri izləyən Londonda yerləşən “NetBlocks” qrupu da bu gün İranda etirazlar fonunda “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

“NetBlocks” qeyd edir ki, trafiklər sosial şəbəkəyə girişin bütün internet provayderləri tərəfindən pozulduğunu və İranın milli internet bağlantısının normal səviyyədən 79%-ə endiyini göstərir.