İranda bina çöküb, 6 nəfər ölüb, 29 nəfər yaralanıb

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən verdiyi məlumatına görə, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.