İranda ardıcıl 3 zəlzələ baş verib

İranın cənubunda Hörmüzqan əyalətində baş verən 6,1 bal gücündə zəlzələdən sonra 6,1 və 6,3 bal gücündə daha iki zəlzələ baş verib.
Operativ.tv SHAFAQNA TURKEY -ə istinadən xəbər verir ki, 6,1 bal gücündə zəlzələdən sonra İranın cənubundakı Hörmüzqan əyalətində 6,1 və 6,3 bal gücündə daha iki zəlzələ baş verib.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, episentri Hörmüzqan əyalətinin Bəndər Xəmir və Bəndər Lingə şəhərləri ətrafında olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 02:02-də qeydə alınıb.
İlk təsbitlərə görə zəlzələdə 3 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
Hörmüzqan Qızıl Aypara Cəmiyyətinin baş direktoru mühəndis Muxtar Silahşur 300-dən çox təsərrüfat yaşadığı Sayehuş kəndinin zəlzələnin episentri olduğunu və ən çox dağıntının bu bölgədə müşahidə edildiyini qeyd edib.
Sayehuşdan başqa Konh, Dejqan və Çah Əhməd bölgələrində də ciddi dağıntıların olduğu bildirilib.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Birinci zəlzələdən sonra ikisi 6,1 və 6,3 bal gücündə olmaqla, bir dəqiqəlik fərqlə 15 afterşokun baş verdiyi bildirilib.
Zəlzələ Hörmüzqan vilayətinin inzibati mərkəzi Bəndər Abbas şəhərində də hiss olunub və insanlar küçələrə axışıb.
Fars Xəbər Agentliyi həmçinin İnqilab Keşikçiləri və onun Bəsic qüvvələrinin təhlükəsizliyi təmin etmək üçün Hörmüzqan şəhərinin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərildiyini bildirib.