İran XİN ölkə sərhədçiləri ilə Taliban qüvvələrinin atışmasına münasibət bildirib

 “Sistan-Bəluçistanla – Nimruz əyalətləri sərhədində atışma iki tərəfin sərhədçilərinin koordinasiyası nəticəsində nəzarətə götürülüb və bitib.”

SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə qarşıdurmaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə İran-Əfqanıstan sərhədindəki atışma iki tərəfin sərhədçilərinin nəzarəti ilə sona çatıb.

İran XİN atışmanın səbəbləri barədə danışmayıb.

Bundan öncə Taliban sözçüsü Zəbihulla Mücahid rəsmi tvitter səhifəsində atışmanın anlaşılmazlıqdan baş verdiyini və qarşıdurmanın dayandığını bildirib.

Qeyd edək ki, hadisə dünən günortadan sonra baş verib və tərəflər arasında xəsarət alan yoxdur.