İran və Yunanıstan saxlanılmış gəmilərin sərbəst buraxılması üçün qarşılıqlı addımlar atırlar

İran Yunanıstanın iki, Yunanıstan isə İranın bir neft gəmisinin sərbəst buraxılması üçün qarşılılqı addımlar atırlar.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlama verib.

İran rəsmisi Fars Körfəzində saxlanlan iki Yunan gəmisinin habelə Aralıq dənizində saxlanılan İran neft tankerinin vəziyyətilə vağlı sualı cavablandırarkən qeyd edib ki, İranın aidiyyatı məhkəmə orqanlarında bu gəmilərin azad edilməsi istəyilə bağlı işlər aparılır və Yunanıstan tərəfi bir sıra sənədləri təqdim etməkdədir.

O həmçinin Yunanıstanda İran neft tankerinin sərbəst buraxılması ilə bağlı Məhkəmə qərarına diqqət çəkib və bu prosesin tez bir zamanda həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, iki Yunan gəmisinin Fars Körfəzində saxlanılmasından sonra, Yunanıstan Məhkməsi də İran gəmisinin və yükünün saxlanılma qərarını ləğv edib.