İran və Suriya 4 əməkdaşlıq sazişi imzalayıb

İran Ticarətin İnkişafı Qurumunun prezidenti Əlirıza Peyman Pak İranın sənaye, mədən və ticarət naziri Rza Fatimi Əminin Dəməşqə səfəri ilə bağlı açıqlama verib.

 İran Ticarətin İnkişafı Qurumunun prezidenti Əlirıza Peyman Pak ticarət naziri Rza Fatimi Əminin Dəməşqə səfəri zamanı Suriya ilə ticarət və sənaye sahəsində 4 əməkdaşlıq müqaviləsi imzalandığını açıqlayıb. Ticarət naziri Rza Fatimi Əmin dünən Suriyanın baş naziri Hüseyn Arnus ilə görüşüb. Bu görüşdə bildirilib ki, Qərb ölkələrinin Suriya və İrana qarşı ədalətsiz sanksiyalarının öhdəsindən gəlmək üçün əsasən iki ölkə arasında iqtisadi və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi və ticarət əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Hüseyn Arnus Suriya hökumətinin İran ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün hər cür tədbir görməyə hazır olduğuna işarə edərək, ikitərəfli iqtisadi əməkdaşlığı strateji səviyyəyə yüksəltməyə çalışacaqlarını vurğulayıb. Fatemi Əmin həmçinin bəyan edib ki, İran Suriya xalqına dəstəyini davam etdirəcək, ikitərəfli iqtisadi və ticari əlaqələri fəal şəkildə inkişaf etdirərək Suriyada sənayenin bərpasına kömək edəcək.