İran və Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşəcək

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan gərgin münasibətlər fonunda Səudiyyə Ərəbistanın XİN rəhbəri Feysəl bin Fərhanla görüşəcək.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Hüseyn Əmir Abdullahiyan Davos forumu çərçivəsində mətbuata verdiyi açıqlamasında deyib.

İran XİN rəhbəri Səudiyyə Ərəbistanı ilə münsibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların irəlilədiyini bildirib və yaxın zamanlarda bu krallığın XİN rəhbəri ilə görüşün olacağını qeyd edib.

Abdullahiyan bu görüşün üçüncü bir ölkədə baş tutacağını açıqlayıb.

Bundan öncə Feysəl bin Farhan iki ölkənin Bağdadda apardığı danışıqlarda irəliləyişlərin olduğunu, lakin bunun kifayət etmədiyini demişdi.

İran və Səudiyyə Ərəbistanı 2015-ci ildən diplomatik əlaqələrini dayandırıblar.