İran və Hindistan Çabahar sazişinin həyata keçirilməsi üçün danışıqlar aparacaq

Operativ.tv İRNA-ya istinadən məlumat verir ki,  Limanlar və Dəniz Administrasiyasının Liman işləri üzrə vitse-prezidenti Cəlil İslami bildirib ki, Hindistandan nümayəndə heyəti Çabahar sazişini yekunlaşdırmaq üçün yaxın iki həftə ərzində İrana gələcək. İslami keçirdiyi toplantıda İranın Hindistanla imzaladığı Çabahar müqaviləsinin vəziyyətinə də toxunaraq “Hindistanla imzalanan Çabahar müqaviləsinin indiyədək 25 faizi icra olunub. Çabahar Limanının performansı son 2 ildə iki dəfə artıb. İran və Hindistan arasında imzalanan müqavilədə Çabahar limanına 6 böyük kranın gətirildiyini qeyd edən İslami "Bu avadanlıqların montaj və istismar problemi yoxdur və yalnız hindlilərlə uzunmüddətli müqavilə imzalanmasını tələb edir" deyib. Son aylarda Hindistanla aparılan danışıqlar nəticəsində bu avadanlıqların sınaq mərhələsindən keçdiyini bildirən İslami “Uzun müddətli müqaviləyə daxil olmadığı üçün bu avadanlıqdan istifadə edə bilərik. Hindistanla avadanlıq və avadanlıqların tədarükü ilə bağlı Çabahar sazişinə dair danışıqlar davam etdirilir'' söyləyib.