İran və Azərbaycan sərhəddə birgə təlim keçirəcək?

Operativ.tv Turan-a istinaən xəbər verir ki, İran SQ-nin Baş Qərargah rəisi Məhəmməd Baqeri və Azərbaycanın müdafiə naziri Zakir Həsənov bazar ertəsi telefon söhbəti zamanı ümumi sərhəd boyunca birgə hərbi təlimlər keçirməyə hazır olduqlarını bildiriblər. Bu barədə oktyabrın 4-də Tasnim nəşri məlumat yayıb.

Tərəflər həmçinin birgə hərbi komissiyanın aktivləşməsini, Azərbaycan və Ermənistan arasında bu yaxınlarda baş verən gərginliyi müzakirə ediblər.

"Zakir Həsənov Azərbaycanın Ermənistan torpaqlarını işğal etmək və ya Ermənistan əraziləri üzərində nəzarət qurmaq üçün hər hansı hərbi əməliyyat həyata keçirmək planı olmadığını vurğulayıb", deyə Tasnim yazır.