İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

“Tezliklə İran və Azərbaycan arasında media və ictimai fikir sahəsində yaxşı qarşılıqlı səfərlər olacaq”

SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

İki ölkə dövlət başçıları və XİN rəhbərlərinin Aşqabadda ECO iclası çərçivəsində görüşünə münasibət bildirən S. Xətibzadə həyata keçirilən görüşlərin çox yaxşı müstəvidə olduğunu və İranın Azərbaycanla əlaqələrə verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.

İran XİN sözçüsü əlavə edib ki, media müstəvisində yaranmış anlaşılmazlıqların aradan qaldırılması üçün iki ölkə arasında media və ictimai fikir sahəsinə aid qarşılıqlı səfərlər tezliklə həyata keçiriləcək.