İran: Ukrayna müharibəsinin səbəbkarı ABŞ və NATO-dur

İran Ukraynada davam edən münaqişə ilə bağlı öz təəssüfünü ifadə edib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Nasir Kənani bildirib.

Təəssüf ki, ABŞ başçılığındakı NATO-nun təxribatçı hərəkətlərinin səbəb olduğu Ukraynadakı müharibə alovu hələ də yanmaqdadır“, – deyə o qeyd edib.

İranlı diplomatın sözlərinə görə, “böhranın davam etməsində maraqlı olan tərəflərin hərəkətlərinə görə gərginliyin azaldılması və münaqişənin qarşısının alınması istiqamətindəki cəhdlər nəticə verməyib“.

İran İslam Respublikası Ukraynadakı münaqişənin dinc şəkildə yoluna qoyulması üçün atılan istənilən addımları dəstəkləyir və (rəsmi Tehran) bu prosesə kömək etməyə və yardım etməyə hazır olduğunu həmişə bəyan edib“, – deyə Kənani əlavə edib.

O deyib ki, İran hesab edir ki, “sülh, sabitlik və sakitliyə aparan yolu korlaya biləcək istənilən provokativ hərəkətlər çəkinmək lazımdır“.