İran-Türkiyə qaz boru kəmərində 8 günlük fasilə yaranacaq

İran-Türkiyə təbii qaz boru kəmərində 8 günlük fasilə yaranacaq.

Operativ.tv APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətindən bildirilib.

Qeyd olunub ki, fasilə 2-9 oktyabr tarixləri arasında aparılacaq planlı təmir işləri ilə əlaqədardır. “BOTAŞ”dan verilən məlumata görə, bu işlər ölkədəki tələb-təklif balansında problem yaratmayacaq.