“İran-Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasına imkan verməməliyik”

İran prezidenti İbrahim Rəisi prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə "İran-Türkiyə-Azərbaycan əlaqələrinin korlanmasına imkan verməməliyik"-deyə bu üç ölkənin əlaqələrindən söhbət açıb. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib. İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Aşqabadda səfərdə olan İran prezidenti İbrahim Rəisi prezident Ərdoğan ilə bu ölkədə görüşüb. Rəisi İqtisadi Əməkdaşlıq Sammitində iştirak edən ölkələrin liderləri ilə görüşdən sonra keçirilən bu görüşdə İran və Türkiyə arasında enerji, bank və pul-kredit məsələləri, ticarət və əmtəə sənayesi də daxil olmaqla müxtəlif sektorlarda geniş və müxtəlif əməkdaşlıq sahələrinə işarə edib. Türkiyə cari ticarət həcmini artırmaqla iki ölkə arasında iqtisadi və siyasi əlaqələri strateji səviyyəyə yüksəldə biləcəyi söhbət mövzusu olub.

“Regional məsələlər, eləcə də qarşılıqlı əlaqələr üzrə əməkdaşlıq və koordinasiyanın inkişafı İran və Türkiyə xalqlarının xeyrinədir və regionda sülh və sabitliyə töhfə verə bilər. Üç ölkənin bir çox mədəni, dini və doktrinal ortaq nöqtələri var və biz bu münasibətlərin pozulmasına imkan verməməliyik. Yaxın münasibətlərlə ümumi düşmənlərimizi məyus edəcəyik”-deyən Rəisi, Tehran-Ankara əlaqələrinin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edilməli olduğunu da vurğulayıb.

İŞİD-in Əfqanıstanda olması və ölkədə təhlükəsizliyin artması ilə bağlı narahatlığını dilə gətirən Rəisi "Terror qrupları Əfqanıstanda yalnız təhlükəsizliyə səbəb olmur, eyni zamanda bölgənin təhlükəsizliyini də təhdid edir. Bu səbəbdən İŞİD və PKK kimi terror qruplaşmaları region ölkələrinin təhlükəsizliyini təhlükə altına qoyur, buna imkan verməməliyik. İran İslam Respublikası Əfqanıstanda inklüziv hökumətin qurulmasını dəstəkləyir və inanırıq ki, burada bütün etnik qruplar və müxtəlif təbəqələrdən olan insanlar Əfqanıstanın gələcəyində rol oynamalı və iştirak etməlidirlər"-söyləyib.

Suriyada sabitlik və təhlükəsizliyin bərqərar olmasına toxunan Rəisi, "Suriyaya sülh, əmin-amanlıq və təhlükəsizlik gətirmək üçün imkanlarımızdan istifadə etməliyik. Regionun problemlərini region ölkələri həll etməlidir və əcnəbilərin burada olması və iştirakı nəinki problemlərin həllinə mane olacaq, həm də vəziyyəti çətinləşdirəcək"- deyə Rəis bildirib.

Türkiyənin İran İslam Respublikası ilə ikitərəfli və regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsini zəruri hesab etdiyini bildirən Ərdoğan, "İki ölkə arasında münasibətlərin səviyyəsində, xüsusilə də iqtisadi sektorlarda sıçrayış edə bilərik" deyib. Prezident Əfqanıstanda baş verənləri narahatedici adlandırıb və qeyd edib ki, Ağ Ev İŞİD və PKK daxil olmaqla, bölgədəki bütün terrorçu qrupları öyrədir və silahlandırır, onlara etimad göstərməmək üçün terrorçu avadanlıq və alətlərlə təmin edir. Bölgədəki ölkələrin fəal iştirakına əsaslanan təhlükəsizlik tənzimləmələrinin zəruriliyinə toxunan Ərdoğan: “İran, Rusiya və Türkiyə regionun digər ölkələri ilə əməkdaşlıq edərək regionun təhlükəsizliyini və sabitliyini qoruya bilər”-deyə əlavə edib.