İran Suriyadan Livana yanacaq nəqlini bərpa edir

Livanlı ailələr arasında İran yanacağının paylanması bir neçə gündən sonra bərpa olunacaq.

Livan24-ün xəbərinə görə, Suriya ərazisindəki logistik problemlər səbəbindən İranın Livana yanacaq paylanması dayandırıldıqdan sonra, istiliyə ehtiyacı olan ailələrə yanacaq paylama əməliyyatlarını davam etdirmək üçün yanacaq daşıyan maşınlar yenidən Livan ərazisinə daxil olmağa başlayıb. Livan mediasının məlumatına görə, Hizbullahın dəstəyi ilə livanlı ailələrə yanacağın paylanması fevral və mart aylarında da davam etdiriləcək. Hazırda Livan yanacaq böhranı ilə üzləşib və İran bu ölkəyə bir neçə dəfə yanacaq göndərib.