İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi

İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi

Operativ.tv "Faktxeber.com"a istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə böyük tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İran səfiri Cavad Cahangirzadə hamını dəvəti qəbul edib gəldiyi üçün təbrik edərək bildirib ki, bu gün İslam inqilabının şanlı qələbəsinin 40-cı ilidir: "Bir çox Qərb mütəfəkkirlərin də etiraf etdiyi kimi bu inqilab müasir dövrün ən böyük xalq inqilabıdır. Bu inqilab İran xalqının illər uzunu apardığı mübarizənin bəhrəsidir. Daha öncə İran İslam İnqilabının uğursuzluğunu proqnozlaşdıran qüvvələr bu gün İranın regionda və Yaxın Şərqdə mühüm dövlət olduğunu bildirir."

 

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev iki ölkə arasındakı münasibətlərə toxunub və mövcud inkişafdan söhbət açıb.  Nazir bildirib ki, İran və Azərbaycan mehriban qonşuluq münasibətlərinə malikdir və bu istiqamətdə hər iki ölkə başçılarının atdığı addımlar təqdirəlayiqdir.  

 

Tədbirdə millət vəkilləri Tahir Kərimli, Aydın Mirzəzadə, Fəttah Heydərov, QMİ sədri Allahşükür Paşazadə və digər tanınmış ictimai-siyasi xadimlər iştirak edirdilər.

Facebook