İran Rusiya ilə birgə təlimlər keçirildiyini təsdiqləyib

İran İslam İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri Kaşan aviabazasında Rusiya ilə birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən məlumatına görə, bildirilib ki, bu təlimlərdə Belarus və Ermənistan da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşandakı PUA təlimlərinin bu gündən "elektrikli və porşenli mühərriklər" sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.