İran rəsmisi ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi

Operativ.tv xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi ABŞ-ın son terrorçuluq hesabatına münasibət bildirib.

 

Abbas Musəvi açıqlamasında vurğulayıb ki, dövlət terrorunun ən böyük dəstəkçisi ABŞ hökumətidir.

 

"ABŞ terrorçuluqla mübarizə və bu sahədə açıqlama verəcək haqqa sahib deyil. Onlar dəfələrlə Suriya və İraqda terrorçulara dəstək veriblər", - deyə Abbas Musəvi diqqətə çatdırıb.

 

O, qeyd edib ki, onlarla iranlı ABŞ-ın dəstəklədiyi terrorçuların cinayətləri səbəbilə həlak olublar.