İran prezidenti ABŞ-da BMT iclasında çıxışı zamanı Qasim Süleymaninin şəkilini qaldırıb

İran prezidenti Seyid İbrahim Rəisi ötən gün axşam BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı Qasim Süleymaninin şəkilini qaldırıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İbrahim Rəisi burada mərhum Qasim Süleymaninin şəkilini qaldıraraq sabiq ABŞ prezidenti Donald Trampın məsuliyyətə cəlb və mühakimə edilməsini istəyib.

Rəisi bildirib ki, Donald Tramp özü regionda terrorçuluqla mübarizədə olan Qasim Süleymaniyə qarşı terrorun göstərişinin məhz onun tərəfindən verildiyini etiraf edib və buna görə barəsində beynəlxalq müstəvidə mühakimə icra edilməlidir.

İran prezidenti dünya nizamında yeni proseslərin və ciddi dəyişikliklərin baş verməkdə olduğunu deyərək, qeyd edib ki, dünyada təkqütblülük orada olan legitimliyi məhv edib.

“Biz hal-hazırda elə bir zamanda bir araya gəlmişik ki, dünyanın dəyişməsi kimi əhəmiyyətli reallıqla üzləşmişik. Biz indi dünyada yeni nizam və dövranla üz-üzəyik”, deyə İbrahim Rəisi ABŞ tərəfindən həyata keçirilən ikilistandartlı siyasəti və təkqütblülüyü tənqid edib.