İran parlamentinin vitse-spikeri Azərbaycana gəlib

Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İran parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.