İran nüvə sazişi ilə yanaşı ABŞ-la məhbusların mübadiləsinə hazır olduğunu bildirib

Nüvə sazişinin bərpasının mülkünlüyü ilə bağlı son günlərdə yayılan xəbərlər fonunda İran ABŞ-la məhbusların mübadiləsinə də hazır olduğunu açıqlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

İran rəsmisi bu günkü açıqlamasında deyib: “İran İslam Respublikası nüvə sazişindən asılı olmayaraq dəfələrlə müxtəlif kanallar vasitəsilə Amerika tərəfinə məhbuslar məsələsi ilə məşğul olmağa hazır olduğunu bəyan edib.”

O fikirlərini belə davam etdirib:

“Bu razılaşmanın həyata keçirilməsi ilə ABŞ-ın amansız və qeyri-qanuni sanksiyalarını pozmaqda saxta ittihamlarla həmin ölkənin məhkəmə sisteminin ədalətsizliyinin qurbanı olmuş, ABŞ-da həbsdə olan günahsız iranlılar öz hüquqlarını müdafiə etmək imkanı əldə edəcəklər. Və sərbəst buraxılıb tez ailələrinin qucağına dönəcəklər.”