İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

“İranla 4+1 qrupun nüvə danışıqları tezliklə başlayacaq.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmilərilə görüşü zamanı deyib.

İran XİN rəhbəri son zamanlarda Avropa tərəfilə Tehranda və Brüsseldə aparılan görüşlərə toxunub və bildirib ki, nüvə danışıqları tezliklə başlayacaq.

Qeyd edək ki, nüvə sazişini bərpa etmək məqsədilə aparılan danışıqları İran prezident seçkilərinə görə dayanıb. ABŞ və Avropa İranın yeni hökumətini bu danışıqlara tez bir zamanda qayıtmağa çağırırlar.