İran küçələrində son vəziyyət necədir?

Operativ.tv İRNA-ya istinadənxəbər verir ki, İran müxaliflərinin xaricdəki şiddətli çağırışlarına baxmayaraq, bütün şəhərlərdə, xüsusən də Tehranda sülh hökm sürür. İRNA xəbər agentliyinin İranın bütün şəhərlərində fəal işləyən müxbirlərinin verdiyi məlumata görə, ölkədə sülh hökm sürür. Hadisələri İrandan kənarda sosial şəbəkələr vasitəsilə izləyən anti-İslam İnqilabı qrup və təşkilatlarının intensiv çağırışlarına baxmayaraq, bu gecə (şənbə günü) İranın heç bir şəhərində nümayiş baş tutmayıb. İran küçələrində baş verənləri xarici ölkələrdən izləyərək İran şəhərlərindəki gərginliyi nümayiş etdirməyə çalışan anti-İran qruplarının yalan iddialarının əksinə olaraq, ölkənin hər yerində, xüsusən də Tehranda sülh hökm sürür. Son 3 gecədə etiraz aksiyalarının keçirildiyi Mazandaran, Gilan, Kürdüstan, Qərbi Azərbaycan və Xorasan vilayətlərində yaşayan iranlılar şəhərlərdə yenidən sülhün hökm sürdüyünün şahidi olurlar. Cümə axşamı, dünən (cümə) və bu gün (şənbə) müsəlman İran xalqı küçələrə axışaraq, İslami müqəddəs məkanların təhqirinə, xaosa, etimadsızlığa və İran cəmiyyətinin dəyərlərini hədəf alan bəzi xüsusi məqsədli aksiyalara qarşı şüarlar səsləndirib. Sözügedən nümayişlərdə Təhlükəsizlik qüvvələri və polisin yanında olduqlarını vurğulayan iranlılar cəmiyyətin təhlükəsizliyini və əmin-amanlığını hədəf alan bədxah ünsürlərin cəzalandırılmasını tələb ediblər. İran xalqının dəstək nümayişlərinin bazar günü daxil olmaqla yaxın günlərdə ölkənin müxtəlif şəhərlərində davam edəcəyi gözlənilir.

Bu gün Tehran başda olmaqla bəzi şəhərlərdə dəstək nümayişlərinin keçiriləcəyi də məlumatlar arasındadır.