İran İsrail tərəfindən oğurlanan dörd diplomatı ilə bağlı bəyanat verib

 İran 40 il öncə Livanın işğalı zamanı İsrail tərəfindən oğurlanan dörd diplomatı barədə bəyanat verərək, məsələnin gündəmdən düşmədiyini bildirib.

Operativ.tv SalamNews İRNA-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda bildirilib ki, ölkədə XİN də daxil olmaqla müxtəlif müstəvilərdə İsrail tərəfindən oğurlanan dörd diplomatın taleyi mövzusu gündəmdədir.

Bu bəyanatda deyilib ki, məsələ ilə bağlı 2008-ci ildə BMT əməkdaşlığa hazır olduğunu bildirsə də beynəlxalq ictimaiyyət və hüquq təşkilatlar tərəfindən lazımi addımlar atılmayıb.

Bəyanatda bildirilib ki, bu kimi məsələlərdə beynəlxalq ictimaiyyətin sakit qalması İsraili terror və qeyri-qanuni əməllərində daha da cürətli olmağa gətirib çıxarıb.

Qeyd edək ki, iranlı diplomatlar Əhməd Mütəvəssiliyan, Seyid Möhsün Musəvi, Məhəmməd Rəstqar və Kazim Əxvan Livanın işğalı zamanı itkin düşüblər. Daha sonra onların İsrail tərəfindən oğurlandığı müəyyənləşib.