İran İraqın şimalında separatçı kürd qruplaşmalarını yenidən hədəfə alıb

İran artileriyadan separatçı kürd qruplaşmaların Ərbildəki mövqelərini yenidən hədəfə alıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçiləri Ordusu bu gün Ərbil əyalətinin (İraq-Kürdüstan Regional Hökuməti) sərhəddə yerləşən Sidekan nahiyəsini artileriyadan hədəfə alıb.

Qeyd edək ki, Sepah son 10 gündə dördüncü dəfədir ki, İraqın şimalında separatçı kürd qruplaşmalarının mövqelərini hədəfə alır.

Sepah bundan öncəki hücumda balistik raketlər və PUA-lardan da istifadə etmidşi. İran ölkədəki son iğtişaşların yaradılmasında separatçı kürd qrupları da ittihamlandırır.