İran: Ermənistan və Azərbaycana tövsiyə edirik ki, problemlərini danışıq yolu ilə həll etsinlər

 “İki qonşu ölkə Ermənistan və Azərbaycana problemlərini dinc və danışıq yolu ilə həllinə tövsiyə edirik.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

O, bu gün İranda keçirilən hərbi parad zamanı çıxışında Ermənistan və Azərbaycanı problemlərini danışıq yolu ilə həll etməyə çağırıb.

Regionun yeni bir qarşıdurmaya tab gətirə bilməyəcəyini deyən iranlı general, ölkəsinin regionda sərhədlərin dəyişikliklərə məruz qalmasına dözüm göstərməyəcəyini deyib.

Məhəmməd Baqiri Fars Körfəzində yerləşən ərəb ölkələrini “sionistlərin fitnəsini diqqətdə saxlamağa” çağırıb.

“Sionistlərin regionda mövcudluğu təhlükəsizliyə xələl gətirir. Biz kəşfiyyat monitorinq nəzarətilə onları nəzarətdə saxlayırıq. Əgər təhdid görsək sionistlərlə və onların havadarlarına cavab verəcəyik", deyə Baqiri əlavə edib.