İran elan etdi: 300 km mənzilli raketlər tezliklə nümayiş etdiriləcək

İran 300 kilometr mənzilli inkişaf etdirdikləri raketlərin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, İran Ordusu Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini general Əlirıza İlhami ölkəsinin müdafiəsi ilə bağlı dəyərləndirmələr edib.
General Əlirıza İlhami hava hücumundan müdafiə mütəxəssisləri tərəfindən hazırlanmış 300 kilometr mənzilli raketlərin yaxın zamanda təqdim ediləcəyini bildirib.
Əlirıza İlhami "İran Ordusu və İnqilab Keşikçiləri Korpusunun raket qabiliyyətinin artırılması ölkənin çəkindirici gücü və milli maraqlarının qorunması baxımından vacibdir. Bu kontekstdə 300 km mənzilli hava hücumundan müdafiə raketləri yaxın vaxtlarda istifadəyə veriləcək" - deyə bildirib
Strateji mövzularda heç bir ölkədən asılı olmamaları lazım olduğunu vurğulayan İlhami, “Bütün sanksiyalar və təhdidlərdən qurtulmaq üçün hər sahədə, xüsusilə də hərbi sahədə daha güclü olmalıyıq” deyib.
İlhami həmçinin bildirib ki, 3000 kilometr mənzilə malik yerli və milli radar sistemi hava hücumundan müdafiə mütəxəssisləri tərəfindən hazırlanıb.