İran: Bütün Xəzəryanı ölkələrlə ticarət mübadiləsi milli valyutalarla aparılacaq

 “İran Xəzər dənizi sahilində olan bütün ölkələrlə ticarət mübadiləsinimilli valyuta ilə həyata keçirəcək.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İqtisadiyyat naziri Ehsan Xanduzi deyib.

Moskvada keçirilən ikinci Xəzər Dəniz İqtisadi Forumu çərçivəsində yerli KİV-lərə müsahibə verən iranlı nazir deyib: Şimal-Cənub dəhlizi ilə malların tranzitinin artırılması, neft və qaz mübadiləsinin artırılması, yaşıl gömrük marşrutunun yaradılması, milli valyutalarla beş ölkənin mübadiləsi gündəmdə olan məsələlərdəndir.

İranın İqtisadiyyat naziri deyib: İran nümayəndə heyəti Xəzər dənizinin sahilyanı ölkələri ilə çoxsaylı sazişlər və ya müqavilələr hazırlamaq və imzalamaq üçün intensiv və konstruktiv məsləhətləşmələr aparıb.

Xanduzi çıxışına davam edərək deyib: Aydındır ki, Xəzər dənizinin şərqinə və qərbinə həm İncəburun bölgəsinin girişindən, həm də Astaranın girişindən dəmir yolu marşrutlarının sürətləndirilməsi üçün lazımi ilkin müqavilələr hazırlanıb. Ümid edirik ki, bu gün gecənin sonuna kimi müqavilə rəsmən bağlanacaq. Bizim neft nazirimizlə Rusiya və Qazaxıstan tərəfləri arasında neft-qazın mübadiləsinin artırılması sahəsində razılaşmalar əldə olunub.

O, əlavə edib: Bu gün günorta saatlarında Rusiya Mərkəzi Bankı ilə milli valyutalarla hesablaşmalar və bank şəbəkəsi sistemi ilə bağlı görüş olacaq və bu İranla Xəzəryanı ölkələr arasında mübadilənin milli valyutalarla aparılmasına şərait yaradacaq.