İran Azərbaycanla quru sərhəd keçidlərinin açılmasını istəyib

 İranın xarici işlər naziri Azərbaycanla sərhəddə insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş keçidlərin açılmasını istəyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə Tehranda keçirilən mətbuat konfransında deyib.

O, koronavurs pandemiyası ilə bağlı məhdudiyyəltərin aradan qaldırılmasına toxunaraq quru sərhədlərin açılmasını istəyib.

“Bu günkü məsləhətləşmələrdə razılaşdıq ki, elə bir addımlar ataq ki, rəsmi nümayəndə heyətlərinin get-gəlinin səmərəsini Azərbaycan və İran xalqları da görüb, hiss etsinlər və onlara xeyri dəysin. Bu o zaman olacaq ki, koronavirus pandemiyası məsələsinin bitdiyini nəzərə alaraq, camaatın get-gəli adi şəkildə bərpa edilsin”, deyə İranın XİN rəhbəri əlavə edib.