İran "Astana formatı" üzrə danışıqların zirvə toplantısına ev sahibliyi etməyə hazırdır

“İran Astana formatı üzrə Suriya ilə bağlı danışıqların zirvə toplantısına evsahibliyi etməyə hazırdır”.

APA-nln Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan bu gün Suriya xarici işlər naziri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazir İran və Suriya arasında əlaqələri strateji əməkdaşlıq adlandırıb, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin zərurətini vurğulayıb.

Xatırladaq ki, Astana formatı üzrə Suriya ilə bağlı müzakirələr 2017-ci ildən keçirilir