İordaniya kralı İsrail baş naziri ilə görüşdə Qüds və əl-Əqsa məscidinin vəziyyətini gündəmə gətirib

 İordaniya kralı II Abdullah Yair Lapid ilə görüş zamanı işğal altında olan İordan çayının qərb sahilində hərtərəfli sabitliyə çağırıb.

Operativ.tv SalamNews-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, İsrail baş naziri Yair lapid və İordaniya kralı II Abdullah Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci iclasının çərçivəsində görüşüblər.

İordaniya kralı II Abdullah qarşıdakı dövrdə İordan çayının qərb sahilində hərtərəfli sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Kral Abdullah bildirib ki, Qüds şəhərində, onun İslam və Xristian dünyasına aid müqəddəs yerlərində tarixi-hüquqi vəziyyətə və status-kvoya hörmət etmək lazımdır.

İordaniya Kralı bölgədə təhlükəsizlik və sabitliyə gətirib çıxaracaq iki dövlətli həll yolu əsasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün siyasi üfüq tapmağa çağırıb.

O, fələstinlilərin ədalətli və qanuni hüquqlarını əldə etmələrinin və onların regionda iqtisadi inkişafın bir hissəsi olmalarının vacibliyini vurğulayıb.

Kral Abdulla Lapidlə görüşdə nəqliyyat, ticarət, su və enerji ilə bağlı bir sıra ikitərəfli məsələləri də müzakirə edilib.

Qeyd edək ki, ötən aylarda İordan çayının qərb sahili fələstinlilərlə İsrail ordusu arasında gərginliyin şahidi olub. İsrail işğal altında saxladığı bu bölgəyə əlavə 20 min hərbi qüvvə ezam etmək niyyətini açıqlayıb.