İnternetin sürəti: Azərbaycan 207 ölkə arasında 141-cidir

İnternetin sürəti: Azərbaycan 207 ölkə arasında 141-cidir

Cable.co.uk saytı internetin sürəti üzrə reytinq açıqlayıb. Azərbaycan 207 ölkənin yer aldığı siyahıda 141-ci pillədə qərarlaşıb.

 

Operativ.tv-nin məlumatına görə, keçmiş SSRİ məkanından Latviya 16-cı, Estoniya 18-ci, Litva 21-ci, Rusiya 54-cü, Belarus 57-ci, Moldova 60-cı, Ukrayna 81-ci, Gürcüstan 88-ci, Ermənistan 110-cu, Qazaxıstan 113-cü, Qırğızıstan 155-ci, Özbəkistan 181-ci, Tacikistan 192-ci, Türkmənistan 203-cü yerdə göstərilir.

 

Türkiyə internetin sürəti reytinqində 102-ci, İran 118-ci pillədədir.

 

Reytinq cədvəlinin lideri Tayvandır. İkinci yerdə Sinqapur, üçüncü yerdə Normandiyanın (Fransa) Cersi adası gəlir.

İlk onluqda İsveç, Danimarka, Yaponiya, Lüksemburq, Niderland, İsveçrə və San Marino da var.

 

İnternetin ən aşağı sürəti Yəməndə qeydə alınıb.

Facebook