İnterAz və SalamNews saytlarına girişdə məhdudiyyətlər yaranıb

 

Bir neçə gündür İnterAz və SalamNews saytlarına girişdə məhdudiyyətlər var. Saylara girişdə yaranan problemlə bağlı İnterAz saytı özünün facebook səhifəsində məhdudiyyətlərin texniki problemlərlə bağlı olduğunu bildirib.

“Hörmətli izləyicilərimiz! Texniki səbəblərə görə hazırda İnterAz televiziya kanalının və SalamNews İnformasiya Agentliyinin rəsmi saytlarına girişdə məhdudiyyət yaranıb.

Problemin həlli üçün texniki əməkdaşlarımız səylə çalışırlar. Qısa zamanda texniki nasazlıq aradan qaldırılacaq. Yaranmış problemə görə üzr istəyirik.”