İnsan haqlarının beynəlxalq iddiaçıları Səddamın cinayətlərini himayə etdilər

İslam İnqilabının Böyük Rəhbəri İraqın məhv edilmiş diktatoru Səddamın İran xalqına qarşı cinayətlərinə işarə ilə deyiblər ki, Səddam bu cinayətləri insan haqlarının beynəlxalq iddiaçılarının himayələri ilə törədirdi.
 

ABNA24 Xəbər Verir,İslam İnqilabının Böyük Rəhbərinin cari il noyabrın 21-də keçirilmiş «İlam vilayətinin üç min şəhidi» konfransının təşkilatçıları ilə görüşdəki bəyanatı, bu gün səhər konfransın keçirildiyi məkanda yayılıb.

Ayətullahuluzma Xamenei bu görüşdə 1986-cı il fevralın 12-də futbol matçının bombardman edilməsi nəticəsində bir qrup ilamlı idmançı və azarkeşin şəhid edilməsinin idmançı şəhidlərin məzlumluğunu yada saldığını bildiriblər.

O həzrət vurğulayıblar ki, yazarlar və incəsənət xadimləri həqiqətlərin bu bəyanını beynəlxalq miqyasda təqdim və insan haqlarının yalançı iddiaçılarını rüsvay etməlidirlər.

Şiddətli bombardmanlara rəğmən, İlam əhalisinin öz şəhəri və ev-eşiyini tərk etməməsinə və müqavimət əhval-ruhiyyəsinə toxunan İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Müharibənin təzyiqi bu insanların istedadlarının baş qaldırmasına mane olmadı və elə bu bombardmanlar altında Şəhid Rezayinejad kimi istedadlı gənclər yetişdi və düşmən onu ölkənin tərəqqisi və yüksəlişi mənbəyi kimi gördükdə, həyat yoldaşı və azyaşlı qızının gözləri önündə onu şəhid etdi.

Ayətullahuluzma Xamenei şəhid və şəhadət məsələsinin dünyada baş verən adi savaşların qurbanlarından fərqli olduğunu bildirib və belə qeyd ediblər: Allah yolundakı şəhid və döyüşçü, coğrafi sərhədləri «dəyərli müdafiə»dən əlavə,/ əqidə, əxlaq, din, mədəniyyət və mahiyyət kimi mühüm mənəvi sərhədləri də müdafiə və Allah-Taala ilə əhd-peymanına sədaqətlə vəfadar qalmaqla, öz canını Allah yolunda fəda edir.

İslam İnqilabının Böyük Rəhbəri sözlərinə belə davam ediblər: Xalislik, təvəkkül, təvazökarlıq, ilahi hüdudlara riayət, əsirlərlə mehribancasına rəftar və ümumiyyətlə, islami yaşayış tərzi,/ döyüşçülərimiz və şəhidlərimizin davranışlarında tam şəkildə özünü göstərir və bu parlaq və ilhamverici nöqtə və cəhətlər təsvirə çəkilməli və incənəst əsərləri ilə dünya xalqlarının gözləri önündə sərgilənməlidir.