İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində "Everton" "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları Cordan Henderson (9-cu dəqiqə), Məhəmməd Salah (19, 64) və Dioqu Jota (79) vurublar, meydan sahibi komandasının heyətində isə 38-ci dəqiqədə Demaray Qrey fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" 31 xalla turnir cədvəlində üçüncü yerdə, "Everton" isə 15 xalla 14-cü yerdə qərarlaşıb.

Növbəti turda "Liverpul" dekabrın 4-də səfərdə "Vulverhempton" ilə, "Everton" isə dekabrın 6-da öz meydanında "Arsenal" ilə qarşılaşacaq.

14-cü turun digər oyunlarında qeydə alınan nəticələr:

"Vest Hem" - "Brayton" - 1:1

"Vulverhempton" - "Börnli" - 0:0

"Saunthempton" - "Lester" - 2:2

"Uotford" - "Çelsi" - 1:2

"Aston Villa" - "Mançester Siti" - 1:2