İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib

Noyabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşması keçirilib.

Trend xəbər verir ki, turnir cədvəlinin lideri “Çelsi” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı matçın 50-ci dəqiqəsində Jeydon Sanço açıb. Matçın 69-cu dəqiqəsində meydan sahibləri tarazlığı bərpa ediblər. Jorjinyo penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Çelsi” 30 xalla liderliyini davam etdirir. “Mançester Yuneyted” isə 18 xalla 8-ci yerdə qərarlaşıb.