İndoneziyanın qərbində kömür mədənində partlayış nəticəsində 9 nəfər ölüb

İndoneziyanın qərbində kömür mədənində baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Regional Xilasetmə İdarəsinin mətbuat katibi Arif Pratamaya məlumat verib.

Bildirilib ki, bu gün İndoneziyanın qərbində yerləşən Qərbi Sumatra əyalətində kömür mədənində partlayış baş verib.

Nəticədə 9 işçi ölüb və iki nəfər yaralanıb.

İktin düşənlərin olduğu və onların axtarışının davam etdiyi bildirilir.