İnanclı fəal aeroportda saxlandıqdan sonra sərbəst buraxılıb

“Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü, ötən gün gündüz Moskvadan gələrkən Bakı aeroportunda saxlanılan Elvin Muradov axşam saatlarında sərbəst buraxılıb.

 

MBH-dən Turan-a bildiriblər ki, E.Muradovu hava limanından DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıblar və saat  23.00-da sərbəst buraxıblar.

 

MBH əsasən Rusiyada yaşayan E.Muradovun saxlanmasını təşkilatın lideri Tale Bağırzadə və həbs olunmuş digər fəallar haqqında şeir və mahnı yazması ilə əlaqələndirib.

 

DİN E.Muradovun saxlanmasının səbəblərini şərh etməyib.