İmran Xan seçkilərlə bağlı hökumətə altı gün vaxt verib

Sabiq baş nazir İmran Xan yeni parlament seçkilərinin keçirilməsi üçün hökumətə altı gün vaxt verib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İmran Xan bunu İslamabad istiqamətində yürüş edən tərəfdarlarına müraciətində deyib.

O, hökumətə yeni parlament seçkilərinin keçirilməsi üçün altı gün vaxt verdiyini açıqlayıb və deyilən müddət ərzində yeni elan olmazsa növbəti dəfə 30 milyon insanla paytaxt İslamabada doğru yürüş edəcəyini deyib.

Ölkənin müxtəlif bölgələrində zorakı addımlar nəticəsində tərəfdarlarından beşinin qətlə yetirildiyini deyən İmran Xan yenidən xəbərdarlıq edib.

Qeyd edək ki, bu gün onun tərəfdarları paytaxta doğru yürüşə başlayıb.

Ötən gün Pakistanın təhlükəsizlik qüvvələri böyük kantinerlərlə İslamabda girişləri bağlayıblar.