“İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb

“İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində 1 doza vaksin ( bu, buster doza sayılır) vurdura bilər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, buster dozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet” sertifikatı müddətsiz olur.

Əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi “Peyvənd sertifikatı” müddətsizdir.