İmam Əlinin (ə) hərəminə əlavə olunan həyət kimin adını daşıyacaq?

Hərəmlərin İnkişaf və Yenidənqurma Qərargahının rəhbəri İmam Əlinin (ə) hərəminin abadlıq planında Həzrət Zəhranın (s.ə) həyətinin tamamlanması bu il Qədir bayramı ilə eyni vaxta təsadüf edəcək.
Shia News-un məlumatına görə, uca müqəddəs hərəmlərin inkişafı və yenidən qurulması qərargahının rəhbəri Məhəmməd Cəlal əl-Maab deyib: “İranlı fəhlə və sənətkarların işləri tamamlanıb və tam şəkildə müqəddəs ziyarətgaha təhvil verilməsi planlaşdırılır”.