İmam Hüseyn (ə) ziyarətgahının tibbi müəssisələri bu ay 54 mindən çox xəstəyə xidmət edib

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının tibbi müəssiləri Mühəndislik Layihələri Departamenti tibb müəssisələrinin tikintisini davam etdirir.

İmam Hüseyn (ə) ziyarətgahına bağlı hazırda 6 xəstəxana, 3 sahə xəstəxanası, 3 tibb dəstəsi, ziyarətgah daxili 3 mobil klinika fəaliyyət göstərir.

Bu tibbi müsəssilərdə vətəndaşlara pulsuz xidmət aksiyasında həkim və tibb bacısı olmaqla min tibb işçisi iştirak edir.

27 ağır əməliyyat olmaqla ümumilikdə 54189 nəfər bu aksiyadan istifadə edib.